Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2021 12:15
"İndiyənə kimi aldığım ən bahalı hədiyyənin qiyməti 30 min olub. Ziynət əşyası idi. Başqa hədiyyələri deməyim".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Həmin Zaur" proqramında deyib. Sənətçi aldığı hədiyyələrdən danışıb.
Ailəsindən danışan Pərvin "Evdə deyirlər hamının qızı ərə getdi, Pərvin qalıb" sualına "Atam tez-tez deyir, eşitdirir. Görür özümdə işə yaramır, bacıma deyir. Atam anamı qaçırdıb. İkisi də Bakıda təhsil alıb. Həmin vaxt tanış olublar. Ərə gedəndə ər mənə baxacaq. Hər qadın istəyir ər çörəyi yesin" cavabını verib.
"Atan işləyir? Eşitdik, ata, ananı qoymursan ki, mənim kimi qızı olan işləməz" sözlərinə aktrisa "Mənim kimi qızı olan ata, anasına baxmalıdır. Nə fərqi var, işləyir, ya yox" reaksiyasını verib.