Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Macar kapitanın möhtəşəm motivasiya çıxışı - VİDEO

Macar kapitanın möhtəşəm motivasiya çıxışı - VİDEO

Tarix: 25 Iyun 2021 14:12

"Avro-2020"nin ən əzmkar komandalarından Macarıstanın futbolçuları ilə bağlı maraqlı video yayılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, çəkiliş ötən ilin noyabrında komandanın paltardəyişmə otağında aparılsa da, bu günlə tam səsləşir. Millətlər Liqasında millinin İslandiyaya qarşı final oyunundan əvvəl kapitan Adam Salai emosional tərzdə çıxış edərək komanda yoldaşlarına möhtəşəm motivasiya verir.

Qeyd edək ki, həmin görüşdə macarlar 2:1 hesabı ilə qalib gələrək "Avro-2020"nin final mərhələsinə vəsiqə qazanır.

Kapitan Adam Salai çıxışında deyir:

"Biz bura düşmək istəyirdik və indi buradayıq. Bu gün bizim həlledici oyunumuzdur. Koronavirusa görə insanlar işlərini itirir. Koronavirusa görə insanlara az maaş verilir. Biz isə 90 və ya 120 dəqiqəyə bu ili dəyişə bilərik. Bu, sizin üçün təzyiq olmamalıdır. Bu, imkan və sevincdir ki, 120 dəqiqə işimiz var...Hansı ki, bütün ili dəyişə bilərik. Bütün ili! 14 milyon macar bu oyuna TV-dən baxacaq. Biz bunu bacararıq. Necə edəcəyik? Bu gün meydanda yorulan heç kim olmamalıdır! Bu gün təkbətək mübarizədə uduzan olmamalıdır! Meydanda yıxılan heç kim olmamalıdır! Bu gün mən sadəcə ona şahid olmalıyam ki, biz qladiatoruq. Nə baş verməsindən... Nə baş verməsindən asılı olmayaraq, biz yorulmamalıyıq! Və kim ki, ehtiyat skamyada oturacaq, onlar da oyunun taleyini həll edəcək. İrəli, Macarıstan!"

Milli.Az


Etiketlər:  Macar kapitanın möhtəşəm motivasiya çıxışı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ