Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 23:10
Qırmızı körpü-Sarpi beynəlxalq avtomobil magistralının tikintisi başa çatdıqdan sonra hərəkətin təhlükəsizliyi iki dəfədən çox azalacaq. Sürücülər "Qırmızı körpü"dən Sarpiyə qədər olan məsafəni 4 saata qət edəcəklər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdəki çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, yaxın illərdə infrastruktur layihələrinə 31 milyard lari vəsait xərclənəcək.
Baş nazir deyib ki, 2012-ci ildən bəri 151 kilometr uzunluğunda avtomobil yolları çəkilib. 2007-2012-ci illərdə bu rəqəm cəmi 68 kilometr olub. "Regionların yenilənməsi" layihəsi çərçivəsində bu il 63 bələdiyyə ərazisində 500 milyon lari xərclənəcək.
"Layihə gələn illərdə də davam etdiriləcək və 2030-cu ildə 430 kilometr uzunluğunda magistral avtomobil yolunun tikintisi başa çatdırılacaq", - deyə İ.Qaribaşvili vurğulayıb.