Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 20:24
Almaniyanın məşhur avtomobil istehsalçısı "Porsche" Çin bazarında satdığı 1571 avtomobili ön körpünün yarımox qollarındakı nasazlığa görə geri çağırır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki,geri çağırılan avtomobillər cari ilin fevral-may aylarında istehsal olunan "Panamera" və "Taycan" modelləridir.
Bildirilir ki, nasaz detallar "Porsche" tərəfindən yoxlanılacaq və ehtiyac olacağı təqdirdə dəyişdiriləcək.