Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölümlə nəticələnən yol qəzası - VİDEO - FOTO

Ölümlə nəticələnən yol qəzası - VİDEO - FOTO

Tarix: 28 Iyun 2021 10:02

Ucarda gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində ağır yol qəzası qeydə alınıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını çırpılıb.

Nəticədə, sürücü E. Cəlilov ölüb. Onun 3 sərnişini - 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Balay oğlu Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Ölümlə nəticələnən qəzası VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ