Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 11:35
Bəstəkar-müğənni Pərviz Mahmudov ilk dəfə akustik albom hazırlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi şou-biznes nümayəndələrinin ifasında tanınan bəstələrini bu dəfə özü oxuyub.
Albomda daha əvvəl Aygün Kazımova, Brilliant Dadaşova, Günay İbrahimli, Sevda Yahyayeva və digər müğənnilərin ifa etdiyi "Paramparça", "Bilirəm", "De mənə", "Yansın", "Bir acı" kimi mahnılar musiqi prodüseri Camal Qurbanov tərəfindən aranjıman olunub.