Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sıxlıq yaranan küçələrin adları açıqlandı

Bakıda sıxlıq yaranan küçələrin adları açıqlandı

Tarix: 30 Iyun 2021 08:52

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt daxilində sıxlıq yaranan yolların siyahısını açıqlayıb.

Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Heydər Əliyev prospekti - Köməkçi yol - (Koroğlu metro stansiyasının qarşısından, Şəhər mərkəzi istiqamətində), Binəqədi şosesi - (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti - Köməkçi yol istiqamətində), Qara Qarayev prospekti - (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti) və Abdulvahab Salamzadə küçəsi - Əsas yol - (Qələbə dairəsi istiqamətində) sıxlıq müşahidə olunur.


Etiketlər:  Bakıda sıxlıq yaranan küçələrin adları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ