Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2021 13:04
Müharibə zamanı əsgərlər məni qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etdilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mayis Bərxudarov AzTV-yə müsahibəsində deyib.
Mayis Bərxudarov qeyd edib ki, müharibədə əsgər və komandirlərin ümumiləşdirici bir adı olur - döyüşçü:
"Əlbəttə ki, əsgərlərimiz hər yerdə komandirlərini qorumağa çalışırlar. Komandirin düşmən gülləsinə tuş gəlməsini istəmirlər. Əsgərlər bir neçə döyüş anında məni qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etdilər. Bu qəhrəmanlıqlar unudulmayacaq".