Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan dördüncü dalğanın ASTANASINDA: Sürprizlərə hazır olmalıyıq

Azərbaycan dördüncü dalğanın ASTANASINDA: Sürprizlərə hazır olmalıyıq

Tarix: 30 Iyun 2021 14:18

"Dünyada "Delta" ştammı yaz aylarından mövcud idi".

Sonxeber.net xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, hazırda isə "Delta plus" ştammı sürətlə yayılmaqda davam edir:

"Koronavirusun "Delta plus" ştammının yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən daha sürətlidir. Alimlər və tədqiqatçılar sözügedən ştammı yeni növ pandemiyanın başlanğıcı və qorxulu dördüncü dalğanın başlanğıcı hesab edirlər".

Professor qeyd edib ki, "Delta plus"un əsas özəlliyi ondan ibarətdir ki, səthdə olan tikanlı S zülalında xeyli dəyişikliklər olub:

"Burada virusun çox asanlıqla hüceyrə daxilinə keçməsi mümkün olur və istifadə edilən peyvəndlər, insanlarda olan güclü immunitet "Delta plus"dan qorunmağa tam kifayət edə bilmir.

Alimlər yenə də hesab edirlər ki, immuniteti güclü olan şəxslər sözügedən virusu nisbətən yüngül keçirəcəklər. Buna baxmayaraq isə biz arxayın olmamalı və yeni sürprizlərə hazır olmalıyıq".

A.Qeybulla hesab edir ki, "Delta plus" ştammının yayılması yeni növ ciddi dalğaya səbəb olma ehtimalı yüksəkdir:

"Adıçəkilən ştamm çox yoluxudur və öldürücülük qabiliyyəti də yüksəkdir.

Koronavirus infeksiyası yayılanda uşaqların xəstəliyi əlamətsiz keçirmələrini bildirirdik, indi uşaqlarla bağlı vəziyyət gərgindir. "Delta plus" uşaqlara təsirsiz ötüşmür və onların əsasən mədə-bağırsaq sistemlərində ciddi problemlərə gətirib çıxara bilir".


Etiketlər:  Azərbaycan dördüncü dalğanın ASTANASINDA Sürprizlərə hazır olmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ