Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2021 22:50
Tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov koronavirusun "lambda" ştammının xüsusiyyətlərini açıqlayıb.
Sonxeber.net xəbər verir ki, mütəxəssis "Radio 1"in efirində COVID-19-un bu variantının virusun təbii mutasiya prosesinin nəticəsi olduğunu söyləyib.
"Dəyişir, dəyişən xarici şəraitə uyğunlaşır. Yeni ştamm yeni xüsusiyyət kimidir. Daha uyğunlaşa bilən, sabit və yoluxucudur, dünyaya sürətlə yayılma qabiliyyətinə sahibdir", V.Jemçuqov qeyd edib.
İmmunoloqun fikrincə, bu COVID-19 ştammı koronavirusa yoluxmayan və vaksinasiya olunmayanlara sürətlə yoluxacaq: "Yeni xüsusiyyət koronavirusa çoxalma üstünlüyü verir. Yayılmağa və əvvəlkilərlə yerini dəyişməyə başlayır. Düşünürəm ki, "lambda" tədricən "delta"nı əvəz edəcək". (publika.az)