Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ailə həkiminin sahə həkimindən fərqi nədir?

Ailə həkiminin sahə həkimindən fərqi nədir?

Tarix: 30 Iyun 2021 23:46

"Ailə sağlamlıq mərkəzinin həkimi həm böyüklərə, həm uşaqlara, həm də hamilələrə xidmət edir. Lakin keçmişdə olan sahə pediatrı öz profilinə uyğun xəstələrə baxırdı".

Sonxeber.net xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov İcbari Tibbi Sığorta Agentliyinin feysbuk səhifəsində canlı yayımda bildirib.

O həmçinin qeyd edib ki, hələ ailə həkimi ixtisası üzrə məzun yoxdur:

"Azərbaycanda ailə həkimi fakültəsi ilkin olaraq nəzərdə tutulub. Hələ ki, bu ixtisas üzrə məzun yoxdur. Ona görə də ailənin ilkin səhiyyə xidmətini təşkil etmək üçün pediatr, terapevtdən və mama-ginekoloqdan birgə istifadə olunur". /medicina.az


Etiketlər:  Ailə həkiminin sahə həkimindən fərqi nədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ