Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kirayə mənzil'' aldı - 1 il sonra evin içini görəndə şoka düşdü - VİDEO

''Kirayə mənzil'' aldı - 1 il sonra evin içini görəndə şoka düşdü - VİDEO

Tarix: 1 Iyul 2021 10:40

Paytaxt sakini Orxan Qəmbərov İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzillərindən alıb. O, deyir ki, heç bir il deyil mənzilə köçmüşəm, artıq divar kağızları qopub, qapılar bağlanmır, dəhlizi isə su basıb. Aidiyyatı qurum isə deyilənləri təkzib  edir. İpoteka və Kredit Zəmanət Fondundan bildiriblər ki, onlara vətəndaş tərəfindən bircə dəfə rəsmi müraciət olunub, onda da mənzilə baxış keçirilərək, zərərin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib. 

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, paytaxt sakini Orxan Qəmbərovun şikayəti İpoteka və Kredit Zəmanət fondundan aldığı "kirayə mənzil"i ilə bağlıdır. Deyir ki, 2020-ci ilin avqustunda aldığı evə köçsə də, cəmi 1 ay sonra ciddi problemlərlə üz-üzə qalıb. 

Mənzil sahibi deyir ki, müddət keçdikcə otaqların divar kağızları qopub, hətta döşəmələr belə yarasız hala düşüb. 

Məsələ ilə bağlı İpoteka və kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova Xəzər Xəbərə bildirdi ki, bu günə kimi mənzilə gedən ustalardan onların xəbəri yoxdur. Sözügedən vətəndaşın fonda ilk rəsmi müraciəti isə bu il yanvar ayında olub.

Orxan Qənbərov mənzilində yaşanan problemlər ilə bağlı isə fonda iyun ayında müraciət edib.   

Elə bu müraciətində Orxan Qənbərov yaşanan saysız problemlərə görə, mənzilindən imtina etmək istədiyini bildirib. Yeganə Ramazanovanın sözlərinə görə, müqaviləyə  qarşılıqlı razılıq əsasında xitam verilə bilər. Amma bu zaman vətəndaşın bu günə kimi ödədiyi pullar ona geri qaytarılmayacaq. 


Etiketlər:  Kirayə mənzil aldı sonra evin içini görəndə şoka düşdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ