Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazın qiymət dəyişikliyinin DETALLI İZAHI

Qazın qiymət dəyişikliyinin DETALLI İZAHI

Tarix: 1 Iyul 2021 13:04

Tarif Şurasının ötəngünkü iclasında yeni qərarlar diqqət çəkdi. Şübhəsiz ki, Tarif Şurası ölkədə qiymət tənzimlənməsini həyata keçirən orqandır. Amma bu qərarlar ictimiyyət arasında birmənalı qarşılanmır. Etiraf etməliyik ki, cəmiyyətin böyük əksəriyyəti üçün bu qərarların detallı izahına ehtiyac var.

Şuranın ötən gün keçirilən iclasında Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında təbii qazın topdan və pərakəndə satış qiymətlərinə baxılıb. Dövlət Neft Şirkəti Tarif Şurasına müraciəti bu şəkildə əsaslandırdı ki, son tarif tənzimlənməsində ötən müddət ərzində ölkədə təbii qazın istehlak səviyyəsi artıb, təbii qaz təchizatının əhatə dairəsi genişlənib, həmçinin istehlakçıların sayı 18% artıb. Bütün bunlar isə öz növbəsində xidmətlə bağlı xərclərin artmasına səbəb olub.

Əhali üzrə mövcud tarif - yəni bu vaxta kimi olan tariflərdən aşağı olması səbəbindən, eyni zamanda əhali tərəfindən istehlak olunan qazın səviyyəsi - məsələn, 2017-ci illə müqayisə edəndə əgər həmin vaxt 2 milyard 700 milyon istehlak edirdilərsə, 2020-ci ildə həmin həcm 3 milyard 700 milyon olub. Bildirilir ki, bu da xidmət göstərən subyektlərin zəzərinin daha da artmasına və dövlət büdcəsində həmin xərclərin qarşılanmasına səbəb olur. Göründüyü kimi, bu illər ərzindəki fərqə baxsaq, burada 1 milyarddan söhbət gedir. 

Son tarif tənzimlənməsindən sonra ötən müddət ərzində təqdim olunan məlumatlara görə, təkcə 8 min km-dən artıq qaz xəttləri çəkilib, abonentlərin sayı 2 milyon 5 mindən 2 milyon 364 minə çatıb və qazlaşmanın səviyyəsi 90.2%-dən 96.1%-ə yüksəlib. Həmin müddət ərzində 371 kənd, qəsəbə və yeni yaşayış massivləri qazalşdırılıb ki, bu da həmin artımın səbəbləridir. Aydın məsələdir ki, kəndlər, qəsəbələr, yeni yaşayış massivlərinin qazlaşdırılması yeni işçilərin cəlb olunması, xidmətlə bağlı material xərclərinin yaranması deməkdir ki, bu da yeni xərclərin yaranmasına səbəb olur. Şübhəsiz ki, Tarif Şurasının son qiymət qərarına bu məsələlərin də təsiri yüksəkdir. 

Dünyanın bir çox ölkələrində COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər tədricən aradan qaldırılır. Artıq iqtisadiyyat dirçəlməyə başlayıb. Görünür Tarif Şurası qərar qəbul edəndə bu məsələyə xüsusi diqqət yetirib. Bunun üçün də sənaye və kənd təsərrüffatı sahələri üçün tarif artımı saxlanılıb. Hazırkı mərhələdə bu sahələrə artım nəzərdə tutulmayıb və 20 qəpik səviyyəsində saxlanılıb. Artım yalnız istisadiyyatın digər sahələrində nəzərə çarpır. Məsələn, xidmət sahələrində, ticarət sahələrində 1 kub üçün 5 qəpik həcmində artım müşahidə edilir. Bunun da əsas səbəbi, bu sahələrdə rentabel fəaliyyətində qazın qiymətinin elə bir əhəmiyyəti yoxdur. Yəni burada qazın qiymətindən asıllıq çox aşağıdır. 

Ölkə əhalisinin istilik təchizatının təmin edilməsinə, buna qiymət cəhətdən əlçatanlılığın daha optimal olması üçün burada da qiymətlər 20 qəpikdən 13 qəpiyə endirilib. Və yaxud başqa bir misal göstərmək olar: Ölkədə nəqliyyat vasitələrinin ekoloji cəhətdən daha təmiz yanacaq növlərinə keçid məqsədi ilə sıxılmış qazın yanacaqdoldurma məntəqələrində satışını həyata keçirən məntəqələr üçün təbii qazın qiyməti də 20 qəpikdən 13 qəpiyə endirilib.

Digər diqqət yetiriləsi məsələ isə, elektrik enerjisində tarif (qiymət) artımına yol verməmək üçün elektrik enerjisinin istehsalında istifadə olunan qazın qiyməti cüzi olaraq 1 qəpik səviyyəsində artırılaraq 13 qəpik səviyyəsində təsdiq edilməsidir.

Məhəmməd Vaqif


Etiketlər:  Qazın qiymət dəyişikliyinin DETALLI İZAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ