Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya qoşunu Azərbaycanla sərhəddə yerləşə bilər - Hərbi ekspert

Rusiya qoşunu Azərbaycanla sərhəddə yerləşə bilər - Hərbi ekspert

Tarix: 1 Iyul 2021 14:51

"Əslində heç İrəvanın mərkəzində yerləşən hava limanında da Ermənistan öz hava sərhədlərini qoruya bilmir".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Azərbaycan bu ilin payızına qədər delimitasiya məsələsini başa çatdırmalıdır:

"Ermənistanın İranla, Türkiyə ilə olan sərhədlərini də lap əvvəldən məhz Rusiya Federal Sərhəd Xidmətinin əməkdaşları qoruyub. Ona görə də, ermənilərin Azərbaycan-Ermənistan sərhədi boyu Rusiya qoşunlarının yerləşdirilməsini istəməsində, Rusiya sərhədçilərinin onların əvəzinə sərhəddi qorumaqlarında təəccüblü bir şey yoxdur. Ermənistanın sərhədlərin delimitasiyasında ciddi narahatlıqları var ki, Azərbaycan azad edilən və hələ də müəyyən bir hissəsi delimitasiya prosesinin aparılmaması səbəbindən Ermənistan tərəfində qalan əraziləri geri qaytarmaqda israrlıdır. Bu ərazilərə məsələn, Naxçıvandakı Kərki kəndi və ya Qazaxın 7 kəndini də aid etmək olar. Bu baxımdan Ermənistanın narahatlılığı başadüşüləndir. Burada "imkan varsa" məsələsinə gəldikdə isə Ermənistanın təbii ki, bu proseslərə gücü çatsaydı, o zaman sərhədlərini özü qoruyardı. Zatən quyruqları qapı arasında qalan kimi ya ATƏT üzvlərini, ya Rusiyanı, ya da digərlərini proseslərə cəlb etmyə çalışırlar. 

Maraqlısı buradadır ki, Ermənistan nədən 30 illik işğal dövründə deyil, başına yumruq dəyəndən sonra sərhədlərin bərpasından, sərhədlərin delimitasiyasından, Azərbaycan-Ermənistan sərhəddinə əlavə qüvvələrin çağırılmasından bəhs edir. Görünən odur ki, bu toplum daha çox güc dili ilə danışdıqda hadisələrə daha tez düzgün qiymət verməyə başlayır. Kimləri dəvət edərlərsə, öz işləridir, bizim üçün fərq etməz. Azərbaycan məhz bu ilin payızına qədər delimitasiya məsələsini ən azından başa çatdırmalıdır, görünən budur".

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir neçə gün öncə ölkənin İctimai Televiziyasına verdiyi müsahibəsində Azərbaycan-Ermənistan sərhədi boyu Rusiya qoşunlarının yerləşdiriləcəyini bildirib. O qeyd edib ki, əgər Ermənistanın "öz gücü çatmasa, həmin yerlərdə Rusiya qoşunları dayanacaqlar. Qəti qərara alınıb ki, Rusiya sərhədçiləri sərhəddə duracaqlar". 

Təhməz Əsədov


Etiketlər:  Rusiya qoşunu Azərbaycanla sərhəddə yerləşə bilər Hərbi ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ