Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ali təhsil haqqında'' qanun layihəsindən xəbər var - VİDEO

''Ali təhsil haqqında'' qanun layihəsindən xəbər var - VİDEO

Tarix: 1 Iyul 2021 15:06

"Ali təhsil haqqında" qanun layihəsi hazırlığın ilkin mərhələsindədir. Universitetlərin  özünü maliyyələşdirməsi  də təkliflər sırasındadır.  Millət vəkili, layihə üzrə yaradılmış işçi qrupunun üzvü  Musa Qasımlı bildirib ki, qanun layihəsi təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, təhsilin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi mütləqdir. "Ali təhsil haqqında" qanun layihəsi  təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Millət vəkili Musa Qasımlı bildirib ki, "Ali təhsil haqqında" qanun layihəsi hazırlığın ilkin mərhələsindədir. Növbəti mərhələlərdə ali təhsil müəssisələrinin rəhbərlərinin fikirləri dinləniləcək. 

Millət vəkili bildirib ki, bir çox ölkələrdə universitetlər dövlətdən asılı deyillər, yalnız  bəlli layihələrə vəsaitlər ayrılır. Universitetlərin  özünü maliyyələşdirməsi də təkliflər sırasındadır. 

Müzakirələr zamanı daxil olan təkliflər də nəzərə alınmaqla layihə üzərində iş davam etdiriləcək, deyə millət vəkili vurğulayıb.


Etiketlər:  təhsil haqqında qanun layihəsindən xəbər VİDEO


RƏYLƏR