Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-un yeni dalğası ilə bağlı XƏBƏRDARLIQ

COVID-19-un yeni dalğası ilə bağlı XƏBƏRDARLIQ

Tarix: 2 Iyul 2021 09:30

Avropa Xəstəliklərin Qarışısının alınması və Kontrolu Mərkəzi genişmiqyaslı vaksinasiyaya rəğmən, yeni bir koronavirus dalğasının başlayacağı ilə bağlı xəbərdarlıq edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə mərkəzin yaydığı məlumatda deyilir.

Bildirilib ki, iyunun 30-na olan məlumata görə, Avropada əhalinin 46 faizi peyvəndin ilk dozunu, 26 faizi isə hər iki dozu qəbul edib, ancaq bu, kifayət etmir və yeni bir xəstəlik dalğası başlaya bilər.

Qeyd olunub ki, Avropada vaksinasiya ölkədən ölkəyə dəyişir. Məsələn, Belçikada əhalinin 61 faizi vaksinasiyadan keçdiyi halda, Bolqarıstanda bu rəqəm 14 faizdir.

Vurğulanıb ki, bəzi ölkələrdə vaksinlərə əlçatanlıq asan olsa da, insanlar peyvənd olunmaq istəmir.


Etiketlər:  COVID yeni dalğası ilə bağlı XƏBƏRDARLIQ


RƏYLƏR