Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afətdən növbəti QALMAQALLI AÇIQLAMA: Kimdir onlar? - FOTO

Afətdən növbəti QALMAQALLI AÇIQLAMA: Kimdir onlar? - FOTO

Tarix: 2 Iyul 2021 13:40

Müğənni Afət Fərmanqızının sosial şəbəkə hesabından etdiyi video açıqlama, görünür, hələ çoxlarını narahat edəcək.

Sonxeber.net xəbər verir ki, ötən gün "Həmin Zaur" verilişində qonaq olan müğənni həmin müraciətdə adını açıqlamadığı xanım müğənninin ünvanına yenidən ittihamlar səsləndirib. Video açıqlaması zamanı həmin xanımın adının "N" hərfi ilə başladığını vurğuladığı üçün verilişin aparıcısı Afətə monitorda ismi "N" hərfi ilə başlayan şou-biznesin xanım məşhurlarının kollaj fotosunu təqdim edib.

Zaur ekranda həmin məşhurları təqdim edərək Afətdən "Bunlardan hansıdır o şəxs?" sualı ilə müraciət edib. Müğənni "Heç tanıyıram ki, hamısı bir-birinə oxşadı. Kimdir onlar?" sözləri ilə Zaura reaksiya verib.

Xatırladaq ki, iki gün öncə sosial şəbəkə hesabından video açıqlama verən Afət Fərmanqızı bunları demişdi: "Onun və ailə üzvlərinin telefonu araşdırılsın. Bizi xaricdə yaşayan bir nəfərə söydürür. Kimlərə pul yardımı edir öyrənilsin. Bizdən pul tələb olunur, verməyəndə deyirlər sizi şantaj edəcəyik. Həmin müğənni Manaf Ağayevlə düşmən idi. Manaf mənlə mahnıya görə küsdü, həmin xanım Manafla barışdı. Manafla barışdığım gecə mənə söydürdü. Zəng vurdum ona ki, söz alım. Dedim, məni söydülər. Qayıtdı ki, sənə lazım idi Manafla barışmaq? Başa düşdüm ki, düz yoldayam.

Adıma olmazın şeylərin söydürür. Çünki çəkilişdə stolumun başında Manaf oturmuşdu. Utanmırsan, balanın qabağına çıxacaq. Biz gözəl bilirik sən edirsən. Boğaza yığılmışıq. Yaşın 60-a çatıb, hələ də xaric oxuyursan. Nə edəcək? Yalandan bir kişini öyrədəcək ki, denən, Afəti filan qiymətə gətirmişəm. Başqasının ərini gətirib evə salmısan, sən niyə söyülmürsən? Nə etmişəm ki məni söyürlər? Ən ucuz qiymətə toya getmişəm, niyə söyülürəm? Rəfiqənin ərini əlindən almısan, sən niyə söyülmürsən?

Mənim yanımda məhkəməlik olduğu müğənnini söydürüb pul verdi. Ərinin xaricdə olan maşın salonu var, orada olan işçinin əli ilə xaricdə yaşayan birinə pul göndərir.

Flora Kərimova, Nüşabə Ələsgərli, Roza Zərgərli, Təranə Qumraldan danışmıram, mərd xanımdı, mərd düşmənçilik edir. Dediyim sözlər onlara aid deyil. Amma sən tülkü kimi düşmənçilik edirsən. Hər şeyi görmüşəm, açacam adla deyəcəm".

Qeyd edək ki, izləyicilərin əksəriyyəti şərh bölümündə həmin xanım müğənninin Nazənin olduğunu yazıblar. Afət isə yazılan "N...N" şərhinə, "hə" cavabını verib. Nazəninlə Afət bir vaxtlar rəfiqə olsalar da, son günlər küsülüdürlər. Eyni zamanda Nazəninlə Manaf Ağayev də küsülüdür. Təranə Qumralla məhkəməlik olan sənətçi də Nazənin olub.

Məhəmməd Vaqif


Etiketlər:  Afətdən növbəti QALMAQALLI AÇIQLAMA Kimdir onlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ