Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir neçə günə Azərbaycanda dağıdıcı zəlzələ olacaq? - RƏSMİ AÇIQLAMA

Bir neçə günə Azərbaycanda dağıdıcı zəlzələ olacaq? - RƏSMİ AÇIQLAMA

Tarix: 2 Iyul 2021 16:24

Son günlər dünyanın müxtəlif ölkələrində  zəlzələlər müşahidə olunur. Ötən həftə qonşu Türkiyədə də ciddi yeraltı təkanlar qeydə alınıb.

Bəs görəsən Azərbaycanda ciddi dağıntılara səbəb olacaq zəlzələ ehtimalı varmı?

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı redaktor.az-ın suallarını Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, professor Qurban Yetirmişli cavablayıb. O bildirib ki, yeraltı təkanlar hər gün müşahidə edilir:

"Hər gün müxtəlif sayda 18, 30, 40 yeraltı təkan baş verir. Lakin onlar hiss edilmir.  Azərbaycanaın seysmogen bölgələrində, Xəzərdə,Talışda, Şamaxı-İsmayıllı, Zaqatala bölgələrdə zəif təkanlar hər gün qeydə alınır. Lakin yaxın günlərdə dağıdıcı zəlzələnin olacağı gözlənilmir".


Etiketlər:  neçə günə Azərbaycanda dağıdıcı zəlzələ olacaq RƏSMİ AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ