Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Portuqaliya Avropada meşə yanğınlarından ən çox zərər çəkən ölkədir

Portuqaliya Avropada meşə yanğınlarından ən çox zərər çəkən ölkədir

Tarix: 2 Iyul 2021 21:46

Portuqaliya Avropada meşə yanğınlarından ən çox zərər çəkən ölkədir. Burada hər il meşə sahələrinin 3 faizindən çox hissəsi yanır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Associação Natureza Portugal" (ANP) ekologiya təşkilatının və Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) milli nümayəndəliyinin Portuqaliyada dərc olunan sənədində deyilir. Hesabatda qeyd olunur ki, ölkədə yanğınların qarşısının alınması və meşələrin məhv olmasına qarşı mübarizə ilə məşğul olan peşəkar və ixtisaslaşmış struktur yoxdur.

Bildirilir ki, 2010-cu ildən başlayaraq Portuqaliyada hər il 18 mindən artıq yanğın baş verir. Bu ölkədə yanğınların illik miqdarı İspaniyaya nisbətən 37 faiz çoxdur.

ANP / WWF-in hesabatında vurğulanır: "Portuqaliya, sözsüz ki, meşə yanğınlarından daha çox zərər çəkən Avropa ölkəsidir. Ölkədə orta hesabla ildə 136 min hektar meşə sahəsi yanır ki, bu da İspaniya ilə müqayisədə 31 faiz çox deməkdir. Portuqaliyada meşələrin sahəsi isə ümumilikdə İspaniyaya nisbətən 80 faiz azdır. Bu o deməkdir ki, hər il Portuqaliyada 3 faizdən çox meşə sahəsi məhv olur".

Hesabatda xüsusi narahatlıq doğuran amil kimi yanğınların qəsdən törədilməsinin yüksək səviyyəsi qeyd olunur. Belə ki, 2010-2019-cu illərdə baş verən yanğınların araşdırılması zamanı məlum olub ki, yanğınların ümumi sayının 27 faizi qəsdən törədilib, 39 faizi isə oddan ehtiyatsız istifadə nəticəsində baş verib.

Yanğınlar ekologiyaya zərər vurmaqla yanaşı, insanların həyatı üçün ciddi təhlükə mənbəyi və dövlət xəzinəsi üçün artıq yükdür.

Milli.Az


Etiketlər:  Portuqaliya Avropada meşə yanğınlarından ən çox zərər çəkən ölkədir


RƏYLƏR