Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Conni Deppin qalmaqalla ayrıldığı keçmiş həyat yoldaşı ana oldu - FOTO

Conni Deppin qalmaqalla ayrıldığı keçmiş həyat yoldaşı ana oldu - FOTO

Tarix: 3 Iyul 2021 09:50

Tanınmış amerikalı aktyor Conni Deppin keçmiş həyat yoldaşı 35 yaşlı Amber Hörd ana olduğunu elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hollivud ulduzu bu barədə özünün "Instagram" hesabından bildirib.

Hördün sözlərinə görə, Una Peyc adlı qızı aprel ayında dünyaya gəlib, ancaq o, bu barədə indi xəbər verib.

"O, mənim donmuş həyatımın başlanğıcıdır", - deyə aktrisa qızı haqqında vurğulayıb.

"Page Six" nəşrinin məlumatına görə, uşağı surroqat ana dünaya gətirib. Aktrisa hələ 4 il əvvəl uşaq sahibi olmaq istədiyini qeyd edib.

Hörd uşağın atasının adını açıqlamayıb.

Qeyd edək ki, amerikalı aktyor Conni Deppin keçmiş həyat yoldaşı Hörd ərini məişət zorakılığnda ittiham edərək ondan boşanmışdı.

Milli.Az


Etiketlər:  Conni Deppin qalmaqalla ayrıldığı keçmiş həyat yoldaşı ana oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ