Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2021 14:00
Kanadanın yerli nümayəndələri və onların rəğbət bəsləyənlər Böyük Britaniya kraliçaları Viktoriya (1819-1901) və II Elizabetin Vinnipeg şəhərindəki (Manitoba əyaləti) heykəllərini aşırdıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat verib.
Manitoba Qanunverici Məclisinin qarşısında olan abidələr ölkənin əsas milli bayramı sayılan Kanada Günündə Kanadanın keçmiş müstəmləkə siyasətinə qarşı olan bir qrup nümayişçi tərəfindən uçurdulub.
Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.
Qeyd edək ki, may ayının sonlarından bəri Kanadada hindu uşaqlar üçün üç keçmiş internat məktəbində 1148 naməlum uşağın basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Bu xəbər Kanada ictimaiyyətini sarsıtdı, hakimiyyətdən sonuncusu 1996-cı ildə bağlanan aborigenlər üçün bütün keçmiş təhsil müəssisələrinin ərazilərində oxşar qazıntılar aparılması tələb edildi. Həmçinin Roma Katolik Kilsəsinin bu cür dəfnlərin və rezident məktəblərin digər sənədlərinin aşkarlanmasına imkan verəcək sənədlər dərc etmələri üçün də çağırışlar edildi.
1876-cı ildə Baş nazir Con Makdonaldın Kanadadakı hakimiyyəti altında, xüsusilə federal hökumətin ehtiyacları üçün ölkənin yerli xalqlarının torpaqlarının ələ keçirilməsini nəzərdə tutan Hindular barədə Akt qəbul edildi. 1884-cü ildə ona rezident adlanan xüsusi məktəblərin yaradılması ilə bağlı əlavələr edildi. Hindu uşaqlar Kanada cəmiyyətinə inteqrasiya etmək üçün zorla bu internat məktəblərinə aparıldı. Statistikaya görə, 150 min məktəblidən azı 3.2 mini döyülmə və xəstəliklərdən ölüb. Bu təhsil müəssisələrinin rəhbərliyi əsasən Roma Katolik Kilsəsinin məsuliyyətində idi.
2017-ci ildə Kanadanın Baş naziri Castin Tryudo bu məktəblərdə oxuyarkən zərər görən yerli xalqlardan rəsmi olaraq üzr istədi. Hökumət həmçinin zərərçəkənlərə 800 milyon Kanada dolları (1 095 750 000 manat) ödəməyi qəbul etdi.