Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Enrike: "33 gündür başımıza hər şey gəlir"

Enrike:

Tarix: 3 Iyul 2021 19:30

İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin 1/4 final mərhələsində İsveçrəni məğlub etdikləri oyundan (1:1, penaltilər seriyası - 3:1) haqqında fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Enrike, matçla bağlı bunları deyib:
 
"33 gündür başımıza hər şey gəlir. Bunların öhdəsindən gəlməyə çalışdıq. Oynadığımız oyunları təhlil etsək, ilk oyunun möhtəşəm, ama qolun əskik olduğunu, ikincinin çox yaxşı olmadığını, üçüncünün mükəmməl, dördüncünün isə bir sənət əsəri olduğunu görərik.
 
Unay Simon Xorvatiya ilə oyunda uğursuzluq yaşadı. Lakin bu oyunda onun qəhrəman olduğunu görmək məni xoşbəxt etdi".
 
Qeyd edək ki, İspaniya yığması yarımfinalda İtaliya ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Enrike 33 gündür başımıza hər şey gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ