Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prodüser Tolikə ağır itki üz verib

Prodüser Tolikə ağır itki üz verib

Tarix: 4 Iyul 2021 00:08

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyevə ağır itki üz verib.

Milli.Az azxeber.com-a istinadən bildirir ki, Tolikin analığı Ceyran xanım bu gün qəfil dünyasını dəyişib.

Tolik atası və Ceyranın fotosunu paylaşaraq, yazıb:

"Həyat çox qəribədir. Atamın ölümündən 5 aydan bir neçə gün keçib. Bir neçə saat əvvəl 21 illik həyat yoldaşı, bacımın anası, mənə uşaqlıqdan baxan analığım qəflətən rəhmətə getdi. Doğma anam olmasan da mənim üstümdə əziyyətin olub, halal elə mənə ana. Sən məni dünyaya gətirməmisən amma mənim əziyyətimi çəkmisən. Koronavirus oldum, gecə-gündüz başımın üstündə dayandın. İstəyin atamın yanına tez getmək idi. Allah sizi qovuşdurdu".

Qeyd edək ki, Tarix Əliyevin atası bu ilin yanvar ayında dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Prodüser Tolikə ağır itki üz verib


RƏYLƏR