Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2021 12:33
Hindistanda koronavirus keçirən uşaqlarda multisistemli iltihab sindromu ilə xəstələnmə halı artıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, uşaqlarda bu sindromun yaranma halları Maharaştra, Haryana, Pəncab və digər əyalətlərdə qeyd edilib, hadisələrin dəqiq sayı müəyyənləşdirilməyib, lakin onlar artıq yüzlərlədir (təkcə Çandiqarxda bu rəqəmlər 42-dən 252-yə qədər uşaq arasında dəyişir).
Həkimlər deyirlər ki, Hindistanda bu xəstəliklə bağlı rəsmi bir statistika və bununla necə mübarizə aparılması barədə heç bir tövsiyə yoxdur. Uşaqlar ümumiyyətlə koronavirus infeksiyasını yüngül keçirirlər, ancaq sonradan onlarda belə bir sindromun yarana biləcəyi qeyd olunur.
Xəstəliyin simptomları qızdırma, qaşınma, konjonktivit, ishal və qusma, aşağı qan təzyiqidir.