Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nasistlərin keçmiş villası hərracda satılıb

Nasistlərin keçmiş villası hərracda satılıb

Tarix: 4 Iyul 2021 19:12

Almaniyada "Günəş altında ev" adlı villa hərracda satılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkənin ən gözəl villalarından biri sayılan bu malikanə sahəsi 1,2 hektar olan park və üzümlüklə bərabər satılıb.

"Günəş altında ev" villasını məşhurlaşdıran kədərli fakt ondan ibarətdir ki, vaxtilə o, Adolf Hitlerin ögey bacısına məxsus olub və nasist rəhbərlərin qəbul mərasimləri çox vaxt burada keçirilirdi. Nasistlərin diktatoru özü, habelə German Gerinq də buraya gəlirdi.

Villanı 4,5 milyon avroya almış biznesmen məşhur şəxs deyil və mətbuatdan uzaq olmağa çalışır.

Bu da məlumdur ki, Almaniya Demokratik Respublikası dövründə bu ev Drezdendəki diş kosmetikası şirkətinə məxsus olub.


Etiketlər:  Nasistlərin keçmiş villası hərracda satılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ