Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 19:40
"Sürətli və Qəzəbli 9" ("Fast and Furious 9") pandemiya dövründə 500 milyon dollar qazanan ilk film olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Deadline"nın hesabatına görə, film dünya miqyasında 500 milyon dollardan çox gəlir əldə edib. Gəlir rekordlarını qıran ekran işi ABŞ-dan başqa yayımlandığı 50 ölkədə təxminən 374 milyon dollar qazanıb.
Filmin bu qədər yüksək məbləğdə gəlir əldə etməsi həm də Hollivud üçün önəmli başlanğıc hesab edilir. Çünki 2019-cu ildən bəri heç bir film bu qədər gəlir əldə etməyi bacarmayıb.