Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 10:00
Vaksinasiya olunan şəxslərdən koronavirusa yoluxanlar da eyni protokola əsasən müalicə olunur.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Yevgeni Timakov "RİA Novosti"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, ümumiyyətlə peyvənd vurduranlarda infeksiya simptomları fərqlənmir. Bununla yanaşı, virus onlara daha az təsir edir və orqanların və toxumaların məhv edilməsi mərhələsinə çatmır və müalicə üçün proqnoz daha rahatdır.
Bundan əvvəl həkimlər peyvənddən sonra bir neçə gün ərzində spirtli içkilərdən və tütündən çəkinməyi, habelə elektron siqaret çəkməməyin lazım olduğu barədə xəbərdarlıq ediblər. Onlar hesab edirlər ki, bunlar orqanlarda qan laxtalanmasına səbəb ola biləcək əlavə stresdir.