Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xalam qızının doğma bacım olduğunu qonşu dedi” - Vüsalə Əlizadə - VİDEO

“Xalam qızının doğma bacım olduğunu qonşu dedi” - Vüsalə Əlizadə - VİDEO

Tarix: 6 Iyul 2021 15:05

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aparıcı Vüsalə Əlizadə olub.

Sonxeber.net xəbər verir ki, məşhur aparıcı bacısının xalasına övladlıq verilməsindən danışıb:

"Xalamgilin övladı olmayıb. Atam xalamın həyat yoldaşına söz verib ki, uşaqlardan birini onlara verəcək. Onlar əvvəlcə məni istəyiblər. Anam razı olmayıb. Çünki artıq mənə öyrəşiblər. Məndən sonra bir qız dünyaya gəlib. Onu xalama veriblər. Bir gün yay tətilində xalamgilə getmişdik. Xalam bizi qonşuya göndərdi. Qonşunun qızı dei ki, Səidə bacın gəlib? O da dedi ki, bacım deyil, xalam qızıdır. O da dedi ki, sən bilmirsən, o vaxt səni xalana veriblər. Mən də Səidəni götürüb oradan uzaqlaşdıq. O vaxta qədər şübhələrimiz vardı, amma təsdiqi yox idi. Atam mənimlə yaxın idi. Bir gün həyətdə oturmuşduq, ürəyini mənə açdı. Olanları danışdı, kövrəldi. O zamanlar kənd yerində yaxşı şərait yox idi. Anamla atam xalamla bacımı Bakıya gətirdilər. Bacım da bizimlə eyni məktəbə getdi. Bizimlə böyüdü. Səidə 10-cu sinifdə oxuyanda həqiqəti bildi. Atama ata dedi, amma anama indiyədək xala deyir".


Etiketlər:  Xalam qızının doğma bacım olduğunu qonşu dedi Vüsalə Əlizadə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ