Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı - FOTO

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı - FOTO

Tarix: 7 Iyul 2021 13:10

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb.

Milli.Az xəbər verir ki, bu barədə Lent.az-a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib.

O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyəti üzrə təhvil verilib:

"80 faiz əminik ki, sözügedən qəbir Məhəmmədhüseyn xana məxsusdur. Ancaq bu ekspertizadan və araşdırmalardan sonra tam təsdiqini tapacaq".

Əlavə edək ki, Məhəmmədhüseyn xan Müştaq 1759-1780-cı illərdə Şəki xanı olub. Onun qəbri iyulun 2-də Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə tapılıb.

Milli.Az


Etiketlər:  Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ