Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zöhrə Abdullayeva var-dövlətini ona bağışlayıbmış

Zöhrə Abdullayeva var-dövlətini ona bağışlayıbmış

Tarix: 7 Iyul 2021 15:50

Əməkdar artist Zöhrə Abdullayeva var-dövlətini qardaşına bağışlayıb.

Milli.Az xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova qeyd edib. 

"Zöhrə Abdullayeva ilə bir il eyni teatrda çalışmışıq, ondan gül qədər incimədim. Zöhrə xanımın ana kimi necə olmasını bütün xalq gördü. Heyf ondan! Amma bir bacı kimi bəlkə də əvəzi olmayacaq. Qardaşının sosial vəziyyəti yaxşı olmadığına görə sağlığında mənzilini, bağ evini, avtomobilini, bankdakı pulunu qardaşının adına keçirib ki, ondan sonra əziyyət çəkməsin. Dünyada belə bacılar var imiş", - deyə o bildirib. 

Qeyd edək ki, Z.Abdullayevanın bir oğlu var idi. O, beyin xərçəngindən dünyasını dəyişib. 

Milli.Az


Etiketlər:  Zöhrə Abdullayeva dövlətini bağışlayıbmış


RƏYLƏR