Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 17:30
"Uzun müddət Rusiyada qalıb, həmvətənlilərimizin toylarını idarə etdim. 40% müğənni Azərbaycandan köçüb, gediblər".
Sonxeber.net xəbər verir ki, bunu müğənni Rəvan Qarayev "Xəbər-ətər" verilişində deyib.
Ötən ilin mart ayından ölkədə toylara qoyulan qadağalarla əlaqədar Rusiyada işləməyi seçən müğənnilərimizdən olan Rəvan hələ də orada qalan sənətçilər olduğunu qeyd edib:
"Pandemiya dövründə Rusiyaya gediblər. İndi bilmirəm toylara icazə veriləndən sonra kim qayıdıb, kim qayıtmayıb. Mən özüm 2 gün bundan əvvəl qayıtmışam. Bildiyimə görə, bəziləri qalıb orada. Hətta Rusiya bir neçə dostlarımız var ki, bizə zəng vurular ki, "qardaş, övladıma toy etmək istəyirəm. Kim qalıb burada". Deyirəm, mən gəlmişəm, xəbərim yoxdur".
Məhəmməd Vaqif