Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnstaqramın fotoşoplu ''gözəlləri'' - FOTOlar

İnstaqramın fotoşoplu ''gözəlləri'' - FOTOlar

Tarix: 10 Iyul 2021 00:35

Son vaxtlar telefonlar üçün yaranan müxtəlif fotoşop proqramları xanımlarımızı bir toxunuşla gözəlləşdirir. Hətta bəzən o qədər abartırlar ki, üzlərində olmayan yanaq, burun, qaş, göz və dodaq əməmlə gəlir. Bu proqramlardan istifadə edənlər arasında elə tanınmış xanımlar da az deyil.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, fotoşopun həddini aşan məşhurları təqdim edir:

Xalq artisti Məleykə Əsədova şəkillərinə görə tez-tez müzakirələrə səbəb olur. Aktrisanın fotolarında hədsiz effektlərdən istifadə etməsi onu tamamilə dəyişdirir.

Əməkdar artist Könül Kərimova da hər zaman fotoları ilə gündəmə gəlib. Müğənni hər dəfə fərqli bir proqramdan istifadə edir. Elə buna görə də ifaçının bir şəkli ilə digərini tutuşduranda arada nə qədər fərq olduğunu görmək çətin olmur.

Müğənni Türkan Vəlizadə İnstaqramını səliqəli işlədən ifaçılardandır. Amma sənətçinin şəkillərinə baxan onunla real həyatda qarşılaşsa tanımaz. Türkan fotoşopun ağını çıxaranlar sırasında bəlkə də birinci yerdədir.

Müğənnilər Humay Qədimova ilə Gülay Zeynalovanın paylaşımlarında diqqət çəkən bir fotoları olub. Sözügedən şəkildə ifaçılar o qədər fotoskop ediblər ki, sifətləri bir-birinə bənzəyib.

Əməkdar artist Elnarə Abdullayeva bütün şəkillərdə olmasa da, bəzilərində müxtəlif proqramlardan istifadə edir. xanəndə üzünü şumallayıb, qaş, göz, dodağına əlgəzdirməklə yanaşı, boyunu da proqramla uzadır.

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları da İnstaqrama fotoskopsuz şəkil qoymurlar. Onlar özlərinə qaş-göz düzəltməsələr də, müxtəlif effektlərlə düzəlişlər mütləq edirlər.

Milli.Az


Etiketlər:  İnstaqramın fotoşoplu gözəlləri FOTOlar


RƏYLƏR