Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 22:57
Qərb alimləri erkən ölüm üçün hesab edilən risk faktorları sırasına daha bir faktoru - Omeqa-3 yağ turşularının aşağı olma səviyyəsini əlavə etməyi təklif edib. Müəlliflərin qeyd etdiyi kimi, bu göstərici əhəmiyyətli hesab edilmə baxımından, siqaret çəkmə amilindən geri qalmır - siqaretin tərk edilməsi həyatı 4 ildən çox uzadır.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, belə bir nəticə uzun müddətli Framinqem ürək tədqiqatına əsasən əldə olunub. Bu 1948-ci ildə başlayan dünyanın ən uzun tədqiqatlarından biridir ki, müxtəlif amillərin ürək-damar sisteminin vəziyyətinə təsirini və hər səbəbdən ölüm nisbətini araşdırır. Riskin kəmiyyət qiymətləndirilməsi üçün yaş, cinsiyyət, siqaret çəkmə, sistolik qan təzyiqi, hipertoniya müalicəsi üçün alınan tədbirlər, diabet vəziyyəti, ümumi xolesterol və yüksək sıxlıqlı lipoprotein səviyyələrinə əsasən, səkkiz ilkin amilə əsaslanan Framinqem şkalası hazırlanmışdır. Bu amillərin əksəriyyətinə həyat tərzi və ya davranışlar - sağlam olmayan pəhrizlər, fiziki hərəkətsizlik, tütün və alkoqol istifadəsi təsir edir və onları idarə etmək mümkündür. 66-73 yaş arası 2500 iştirakçının iştirakı ilə keçirilən tədqiqatda mütəxəssislər məlumatları təhlil edərək, pəhriz əsaslı biomarkerlər arasında Omeqa-3 indeksinin ürək-damar xəstəlikləri və ümumi ölüm riskinin azalması ilə ən açıq şəkildə əlaqəli olduğunu aşkar edib.
Hər şeydən əvvəl, bəzi balıq növlərində, dəniz bitkilərində, həmçinin Omeqa-3 olan qida əlavələrində olan bu cür çox doymamış yağ turşularından bəhs olunur. "Siqaret çəkmə və Omeqa-3 indeksi ən asanlıqla dəyişdirilə bilən risk faktorları kimi hesab edilir. Son modelə əsaslanaraq, siqaretin ömrü dörd ildən çox azaldmasını qeyd etmək olar ki, bu da Omeqa-3 indeksinin az olması ilə ömrü qısaltmağın ekvivalentidir", - deyə yağlı turşulara dair tədqiqat institutunun əməkdaşı Maykl Makberni tədqiqat hesabatında qeyd edib.
Qeyd edək ki, hamı üçün əlçatan olan kətan toxumu Omega-3 ilə zəngindir. O, ürək xəstəlikləri üçün faydalı olması ilə yanaşı, xərçəngin qarşısını almaq və artıq çəkidən azad olmaq kimi özəlliklərə də malikdir. Eyni zamanda kətan toxumu yağında A vitamininin bir forması olan B1, B2, C, E və karotin kimi vitaminlər var. Yağda omeqa-6 və omega-9 əsas yağ turşuları, sink, dəmir və maqnezium, fosfor kimi minerallar da var.