Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda piyadanı vurub öldürən sürücü şoka düşdü - VİDEO

Bakıda piyadanı vurub öldürən sürücü şoka düşdü - VİDEO

Tarix: 12 Iyul 2021 11:02

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, piyada üçün müəyyən edilməmiş hissədən keçən, təxminən 60-70 yaşlı kişini "Mercedes" markalı avtomobili idarə edən Bağırov Rauf Çingiz oğlu vurub. Hadisə nəticəsində piyada ölüb. Sürücü isə hadisənin təsirindən şoka düşüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Milli.Az


Etiketlər:  Bakıda piyadanı vurub öldürən sürücü şoka düşdü VİDEO


RƏYLƏR