Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 18:50
Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların sayı məlum olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev Sonxeber.net-a bildirib ki, ölkəmizi oyunlarda 44 idmançı təmsil edəcək.
Onun sözlərinə görə, ölkəmizi oyunlarda təmsil edəcək idmançıların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində mübarizə aparacaq.