Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndoneziyada tibb işçilərinə üçüncü doza vaksin vurulmasına başlanılıb

İndoneziyada tibb işçilərinə üçüncü doza vaksin vurulmasına başlanılıb

Tarix: 12 Iyul 2021 21:36

İndoneziya hökuməti bəzi tibb işçilərinin digər vaksinləri qəbul etməsinə baxmayaraq, koronavirus pandemiyasına görə ölüm hallarının qeydə alınması səbəbindən onlara üçüncü doza "Moderna" peyvəndinin vurulması barədə qərar qəbul edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, koronavirusun ilk dəfə Hindistanda aşkar edilən "delta" ştamı İndoneziyada da çoxsaylı yoluxmalara və ölüm hallarına səbəb olub.

İndoneziya Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, üçüncü dozanın yüksək risk yerlərində hər gün çalışanlara vurulması onların koronavirusun müxtəlif variantlarına qarşı immuniteti artıracaq.

Qeyd edilir ki, İndoneziyada tibb işçilərinin əksəriyyəti Çinin "Sinovac Biotech" şirkətinin vaksinini qəbul edib.

Hökumətin üçüncü doza kimi ABŞ tərəfindən təmənnasız olaraq təqdim edilən "Moderna" şirkətinin 3 milyon doza vaksinini istifadə etməyi planlaşdırdığı qeyd edilir.


Etiketlər:  İndoneziyada tibb işçilərinə üçüncü doza vaksin vurulmasına başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ