Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 11:30
12600 ha ərazidə təsərrüfat bitkiləri əkilib
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Laçın Suvarma Sistemləri İdarəsi 1990-cı ildə Ağcabədi rayonu Taxta körpü ərazisində fəaliyyətə başlayıb. İdarənin məqsədi Laçın rayonu ərazisində suvarılan torpaq sahələrinə xidmət etməkdir. Rayonda ümumilikdə 12.600 hektar sahədə təsərrüfat bitkiləri əkilib ki,həmin bitkilərə taxıl, arpa, bostan-tərəvəz məhsulları aiddir.
Kür çayında suyun səviyyəsinin aşağı düşməsinə baxmayaraq, əvvəlcədən görülən tədbirlər nəticəsində suvarma suyu ilə bağlı heç bir çətinlik yaranmayıb. İdarənin balansında olan kanalların üzərində 125 ədəd hidrotexniki qurğu var ki, həmin qurğularda da cari təmir işləri görülüb. Bu il rayon ərazisində əkilən əksər taxıl sahələrində artıq biçin yekunlaşıb. Biçilən sahələrdə təkrar əkin əkilib.
Hazırda Laçın Suvarma Sistemləri idarəsinin balansındakı 15 nasosstansiyaların hamısı fasiləsiz işləyir. Vaxt aşırı təmir işlərinin aparılması nəticəsində əhali vaxtı-vaxtında su ilə təmin olunur.
Qeyd edək ki, Laçın Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun 23 obalığı suvarma suyu ilə tam təmin olunub.