Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 23:16
50-60 metr böyüklükdə asteroid Yer üçün təhlükəlidir. Belə asteroidlə toqquşma olacağı halda itkilər qaçılmazdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Astrokosmik Mərkəzinin əməkdaşı Vyaçeslav Adveyev deyib.
Onun sözlərinə görə, alimlər 2018-ci ildə fərqli böyüklükdə asteroidlərin Yerə düşməsini simulyasiya ediblər:
"Onlar göstərdilər ki, itkilər obyekt 50-60 metr böyüklüyündə olan zaman başlayır. Bu böyüklükdə daşdan artıq qorxmaq lazımdır. Bu ölçüdə cismi atmosfer təbəqəsi "dayandıra" bilmir və düşəcəyi yerdən asılı olaraq partlayış dalğası, sunami və s. ilə dağıntılara gətirib çıxara bilər".