Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 07:03
Badam yağı ilə üzgərdirmə üsulundan qədim dövrlərdən istifadə edilib.Bu barədə qədim dövlərin ən gözəl qadınlarının gözəllik sirləri haqqındda yazılan kitablarda da qeyd edilib.Belə ki,əsil süzmə badam yağı aşağıdakı təsirlərə malikdir:
* dərinin təmizlyir
* dərini cavanlaşdırır
* dəridəki məsamələri açır
* çatları və yaraları sağaldır
* dərini sağlamlaşdırır
* dərinin elastikliyini artırır
* piqment ləkələrini aradan qaldırır
Badam yağı vasitəsilə kosmetoloji mərkəzlərdə də üzgəncləşdirmə əməliyyatları aparılır. Badam yağının tərkibində olan kimyəvi birləşmələr üzün dərisini elastikləşdirərək gəncləşdirir. Badam yağının tərkibindəki turşular dəridə olan iltihabi sızanaqları, səpgiləri, qara noqtələri, səpgidən qalma ləkələri təmizləyir. Yağın tərkibi dəridə olan bütün iltihabi xəstəlikləri sağaltmaq qabiliyyətinə malikdir. Bu səbəblərdən də badam yağı ilə aparılan üzgəncləşdirmə əməliyyatı kosmetoloqların ən çox istifadə etdikləri prosedurdur. Buna səbəb badam yağının göz və ağız ətrafında əmələ gələn mimik qırışları aradan qaldırmasıdır.Badam yağı dərinin möhkəm və elastik olmasına səbəb olur. Tərkibində kollagenlırin olması dərini daha da cavanlaşdırmaqla parlaqlıq verir. Badam yağı dərinin yağ blansının da normallaşdırır və dərialtı toxumanı qidalandırır.
Badam yağı ilə üzgəncləşdirmə proseduru necə aparılır?
1. Üzdəki makiyaj təmizlənir.
2. Üzün dərisi buğa verilir.
3. Dəri 5%-li badam turşusu ilə silinir.
4. Dəri 10%-li badam turşusu ilə silinir.
5. Dərinin zədə olmaya hissəsi 30%-li badam turşusu ilə silinir.
6. Turşunun dərini yandırmamasi üçün neytrallaşdırıcıdan istifadə edilir.
7. Üzə sakitləşdirici maska qoyulur.
Prosedurdan sonra kimyəvi preparatların təsirindən dərinin quruluğu arta bilər.Bu zaman pilinqdən sonra istifadə etmək üçün satılan xüsusi kremlərdən sürtmək lazımdır. Bu prosedur kosmetoloqun məsləhəti ilə ev şəraitində də aparıla bilər. Prosedurun 10 dəfədən artıq edilməsi məsləhət deyil.