Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah'' Gürcüstandakı rəqiblərini açıqladı

''Sabah'' Gürcüstandakı rəqiblərini açıqladı

Tarix: 15 Iyul 2021 08:38

"Sabah"ın Tbilisi toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər bəlli olub.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Gürcüstanda yerli klublarla qüvvəsini sınayacaq.

İlk rəqib "Şukura" olacaq. Kobuleti təmsilçisi ilə qarşılaşma iyulun 20-də keçiriləcək. Ramin Quliyevin komandası növbəti oyununu iyulun 23-də "Samqurali"yə qarşı keçirəcək. "Sabah" Tbilisi toplanışında son matçında "Saburtalo" ilə üz-üzə gələcək. Görüş iyulun 28-də olacaq.

Qeyd edək ki, "Sabah" Gürcüstan paytaxtına bu gün yola düşəcək. "Ağ-göylər" Bakıya iyulun 29-da qayıdacaq.

Milli.Az


Etiketlər:  Sabah Gürcüstandakı rəqiblərini açıqladı


RƏYLƏR