Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 12:30
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 15 iyul - Türkiyədə dövlət çevrilişinə cəhdin beşinci ildönümü ilə bağlı paylaşım edib.
Sonxeber.net bildirir ki, XİN başçısı "Twitter" hesabında etdiyi paylaşımda bildirib ki, 15 iyul - Türkiyədə sarsılmaz birliyin və güclü dayanışma ruhunun rəmzidir.
"Qardaş Türkiyədə sarsılmaz birliyin və güclü dayanışma ruhunun rəmzi olan 15 iyul! Vətən, millət, birlik uğrunda canından keçmiş bütün Şəhidlərə Allahdan rəhmət, Qazilərə cansağlığı arzulayırıq. Şəhidlər ölməz, Vətən bölünməz!", - deyə C. Bayramov qeyd edib.