Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 13:04
Salyanda əkin sahələrinin səmərəli suvarılmasına şərait yaradılır
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, bu il Salyanda ümumilikdə 133 km-ə qədər kanal lildən təmizlənib.
Salyan Melioservis İdarəsinin əsas fəaliyyəti suvarma kanallarının, kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi və hidrotexniki qurğuların əsaslı və cari təmirindən ibarətdir. İdarə tərəfindən yeni nasos stansiyası tikilib və istifadəyə verildiyi andan təsərrüfat sahiblərinin suvarma problemlərinin aradan qalxmasına şərait yaradıb. Həmçinin nasos stansiyasının sayəsində əhalinin su ehtiyatları tam təmin olunur.
Salyan Melioservis İdarəsinin balansında 13 ədəd draqlayn tipli (Dragline) ekskavatoru, 2 ədəd SD-16 tipli buldozeri var. Hazırda bu texnikalarla 7 sifarişçi təşkilatın işləri görülür. Bu ildən tender müqaviləsi ilə çalışan idarənin əməkdaşları işlərinin yüksək qiymətləndirildiyinə görə daha da həvəslənib.
Qeyd edək ki, Salyan Melioservis İdarəsinin əsas fəaliyyəti Salyan, Hacıqabul və Biləsuvar rayonları ərazisində kollektor, suvarma kanallarının lildən təmizlənməsidir. Bu işlər də tam vaxtında keyfiyyətlə yerinə yetirilir.