Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 14:20
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda Zəngəzur mis-molibden kombinatında axtarış əməliyyatı keçirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, erməni xüsusi təyinatlılarının həyata keçirdiyi əməliyyatdan bu gün görüntülər yayılıb.
Əməliyyat zamanı otaqlardakı kompüterlər müsadirə olunub.
Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatında ən son iyulun 8-də yoxlama-axtarış əməliyyatı keçirilib.
Xatırladaq ki, səhmlərinin böyük hissəsinin Almaniyanın "CRONIMET" şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatı istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya axıdır.