Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 16:44
Türkiyədə göyərtəsində Ukrayna vətəndaşları olan gəmi saxlanılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko açıqlayıb.
Onun sözlərinə görə, göyərtədə olan şəxslərdən 4-ü həbs olunub. Onlar narkotik qaçaqmalçılığında təqsirli bilinirlər.
İnsident iyulun 10-u İskenderun limanında baş verib. "MSC CAPUCİNE R" adlı gəmi Liberiya bayrağı altında hərəkət edib.
Məlumata əsasən, ümumilikdə gəminin göyərtəsində 25 ekipaj üzvü olub. Onlardan 24-ü ukraynalıdır. Həbs olunan şəxslər gəminin kapitanı və onun 3 köməkçisidir.
Bununla yanaşı, Ukrayna səfirliyi saxlanılan şəxsləri lazımi sənədlər, vəkil və tərcüməçi ilə təmin edib. Ekipajın digər üzvləri gəmidə qalıb və məsələ ilə bağlı şahid qismində çıxış edirlər.