Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hərraca çıxarılmış 101 karatlıq almazın pulu kriptovalyuta ilə ödənilib

Hərraca çıxarılmış 101 karatlıq almazın pulu kriptovalyuta ilə ödənilib

Tarix: 15 Iyul 2021 23:16

Dünyanın ən qədim hərrac mərkəzlərindən sayılan "Sotheby's"də 101,38 karatlıq almaz satışa çıxarılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, ona 12,3 milyon ABŞ dolları qiymət qoyulub və pulu kriptovalyuta ilə ödənilib.

Hərrac mərkəzinin bununla bağlı açıqlamasında qeyd olunub ki, sözügedən sövdələşmə rəqəmsal pulların ticarət sektoruna interqrasiya baxımından önəmlidir.

Bununla belə, nəhəng almazı almış investorun kimliyi və ödənişi hansı növ kriptovalyuta ilə həyata keçirdiyi açıqlanmayıb.

Milli.Az


Etiketlər:  Hərraca çıxarılmış 101 karatlıq almazın pulu kriptovalyuta ilə ödənilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ