Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda beşmərtəbəli binada yanğın: xəsarət alan var

Bakıda beşmərtəbəli binada yanğın: xəsarət alan var

Tarix: 16 Iyul 2021 12:40

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yanğın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 44 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Etiketlər:  Bakıda beşmərtəbəli binada yanğın xəsarət alan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ