Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə aparatı işçilərinin sosial müdafiəsini gücləndirmək üçün yeni qayda hazırlanacaq

Məhkəmə aparatı işçilərinin sosial müdafiəsini gücləndirmək üçün yeni qayda hazırlanacaq

Tarix: 16 Iyul 2021 18:24

Məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi ilə bağlı imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə köçürülən vəsaitdən istifadə qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.


Etiketlər:  Məhkəmə aparatı işçilərinin sosial müdafiəsini gücləndirmək üçün yeni qayda hazırlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ