Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 22:00
2008-ci ildə başlanan böhrandan sonra İspaniyada yoxsulluğun və sosial bərabərsizliyin həddi tədricən azalmışdı. Lakin COVID-19 pandemiyası və onunla mübarizə üçün tətbiq olunan sərt məhdudiyyətlər səbəbindən iqtisadiyyatın aşağı düşməsi ciddi fəsadlara gətirib çıxardı.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İspaniya Milli Statistika İnstitutunun məlumatına görə, ifrat yoxsulluq həddi 7 faizədək artaraq, təqribən 3,3 milyon nəfər təşkil edib. Pandemiya dövründə əhalinin dəstəklənməsi üçün yaradılan dövlət mexanizmləri sərt karantin şəraitində bu göstəricilərin daha da pisləşməsinin qarşısını ala biləcək mühüm amil oldu.