Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Açılış mərasimində məhdudiyyət - Tokio-2020

Açılış mərasimində məhdudiyyət - Tokio-2020

Tarix: 17 Iyul 2021 12:30

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində tətbiq olunacaq məhdudiyyətin detalları müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, idmançıların paradında yığmalar tam heyətlə iştirak edə bilməyəcək.

Koronavirus pandemiyasını nəzərə alan Beynəlxalq Olimpiya Komitəsi məhdudiyyətlə bağlı qərar verməyə məcbur olub. Düzdür, ümumilikdə paradın ləğvi ilə bağlı ehtimallar özünü doğrultmayıb.

Əvəzində nümayəndə heyətləri burada məhdud sayda təmsil olunacaq. Bu, idmançılara aid deyil. Açılış zamanı stadionda olan hər bir atlet yığması ilə bağlı parada qatıla biləcək. Lakin məşqçi heyətinə məhdudiyyət tətbiq olunacaq. Hər millinin yalnız 6 məşqçisi paradda iştirak edə biləcək.

Qeyd edək ki, Olimpiya Oyunlarının tamaşaçısız keçiriləcək açılış mərasimi iyulun 23-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Açılış mərasimində məhdudiyyət Tokio 2020


RƏYLƏR