Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2021 14:36
"Oyundakı uğursuz penalti vuruşuna görə dünən gecə mənə yüzlərlə dəstək mesajı gəlib, müxtəlif sosial platformalardan minədək yerdə adım qeyd olunub".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin hücumçusu Mahir Emreli "Legiya"nın "Rakuv"a qarşı superkubok oyunu ilə əlaqədar İnstaqram paylaşımında bildirib.
Emreli 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub (1:1). Penaltilər seriyasında isə o, zərbəni dəqiq vura bilməyib. Yekun nəticədə "Legiya" penaltilərdə məğlub olub (3:4).
M.Emreli qeyd edib ki, dəstək mesajları onu ürəyini isidib: "Buna görə mən təşəkkür edirəm. Futbol inanılmaz oyundur. Komandama gözəl oyununa və dəstəyinə görə minnətdarlığımı bildirirəm".